Skip to content
Otağınızı bron edin
The Ritz-Carlton, Baku şəhərin ən geniş otaq və suitləri ilə yanaşı, uzunmüddətli qonaqlamalar üçün rezidensiya tipli məkanlar, eksklüziv Club Lounge, xüsusi wellness mərtəbəsi və The Signature Journey çərçivəsində ilhamverici təcrübələr təqdim edir. Burada hər detal Bakını daha yaxından hiss etməyiniz üçün düşünülüb.

Birbaşa rezervasiyanın üstünlükləri

  • Ən sərfəli qiymət zəmanəti
  • Marriott Bonvoy üzvlərinə eksklüziv imtiyazlar
  • Ödənişsiz Wi-Fi
Zərif Qonaqlama Məkanları

Əsl Lüks Burada Başlayır

.

Deluxe Room

Şəxsi balkon və şəhərə açılan möhtəşəm panoramik mənzərəsi ilə Deluxe Otaqlar Bakının ən geniş standart otaqları sırasındadır. Smart-şüşə texnologiyası, qızdırılan mərmər hamam döşəmələri, Diptyque hamam ləvazimatları və 400 sap sıxlığına malik yumşaq lələk yataq dəstləri hər anınıza rahatlıq və zəriflik qatır.
  • Otaq ölçüsü: 68 m2
  • Yataq: 1 Kral/2 ayrı çarpayı
  • Tutum: 3 qonaq
Rooms And Suites At The Ritz-Carlton, Melbourne

Club Level Room

13-cü mərtəbədə yerləşən eksklüziv Club Lounge-a çıxış imkanı təqdim edən zərif otaq və suitlər. Şəhərə 180° panoramik mənzərəsi olan bu özəl məkanda fərdi konsyerj xidməti (06:30-23:00), ayrıca check-in və check-out, eləcə də gün ərzində təqdim olunan beş fərqli kulinariya təqdimatı qonaqlama təcrübəsini daha da zənginləşdirir.
  • Otaq ölçüsü: 68 m2
  • Yataq: 1 King ölçülü yataq
  • Tutum: 3 qonaq
Club Level Room

1/2/3 yataq otaqlı

Evdən uzaqda olsanız belə, özünüzü evinizdə hiss etməyiniz üçün yaradılmış bu mənzillər uzunmüddətli qonaqlamalar və ailələr üçün ideal seçimdir. Tam təchiz olunmuş mətbəx, fərdi camaşırxana sahəsi və Diptyque hamam kolleksiyası rahatlığı hər detalda hiss etdirir. 4-12 yaşlı qonaqlar üçün Ritz Kids proqramı və ödənişsiz parkinq qonaqlamaya daxildir.
  • Otaq ölçüsü: 1/2/3 yataq otaqlı
  • Yataq: Kral / 2 tək çarpayı
  • Tutum: Maksimum 6 qonaq
1/2/3 yataq otaqlı

Junior Suite

73 m² sahəyə malik bu zərif otaq kateqoriyası King ölçülü yataq, ayrıca qonaq sahəsi və şəxsi balkon ilə rahatlıq və incəliyin mükəmməl ahəngini təqdim edir. Diqqətlə düşünülmüş detallar və The Ritz-Carlton-a xas fərqləndirici xidmət qaldığınız hər anı unudulmaz edir.
 
  • Otaq ölçüsü: 73 m2
  • Yataq: 1 kral ölçüsü
  • Tutum: 3 qonaq
Junior Suite

Executive Suite

Biznes səyahətçilərinin gözləntilərinə uyğun yaradılmış bu otaq kateqoriyası King ölçülü yataq, geniş yaşayış sahəsi və incə detallarla dizayn edilmiş böyük hamamı ilə seçilir. Qonaqlama müddətində The Ritz-Carlton-un fərqləndirici xidmətindən yararlanın.
  • Otaq ölçüsü: Sorğu əsasında
  • Yataq: 1 King ölçülü
  • Tutum: 3 qonaq
Executive Suite

The Ritz-Carlton Suite

Mükəmməlliyi qiymətləndirən biznes səyahətçiləri üçün yaradılmış bu suit King ölçülü yataq, geniş yaşayış sahəsi və zövqlə dizayn edilmiş böyük hamamı ilə rahatlıq və zərifliyi harmonik şəkildə bir araya gətirir. Qonaqlar qaldıqları müddət ərzində The Ritz-Carlton-un fərqləndirici xidmətindən yararlanırlar.
 
  • Otaq ölçüsü: Sorğu əsasında
  • Yataq: 1 King ölçülü
  • Tutum: 3 qonaq
The Ritz-Carlton Suite

Presidential Suite

Bakının ən eksklüziv suitlərindən biri olan bu möhtəşəm məkan şəxsi idman zalı, sauna, buxar otağı, TV otağı, iş otağı və geniş qarderob sahəsi ilə maksimum komfort və məxfilik təqdim edir. Kristina Zanic Consultancy tərəfindən seçilmiş Azərbaycan incəsənəti nümunələri interyerə xüsusi xarakter bəxş edir. Club Lounge-a eksklüziv giriş qiymətə daxildir.
 
  • Otaq ölçüsü: Sorğu əsasında
  • Yataq: 1 King ölçülü
  • Tutum: 3 qonaq
Presidential Suite
01 / 04
Get the Premium Treatment At The Ritz-Carlton, Melbourne
Hissləri Oyadan Bir Səyahət

THE RITZ-CARLTON SPA, BAKU

Azərbaycanın zəngin ənənələrindən ilham alan sakitlik və harmoniya dünyasını kəşf edin. ESPA prosedurları və xüsusi spa rituaları ilə bədən və ruhunuzu yeniləyin, özünüzə qayğı göstərmək üçün vaxt ayırın.
  • İki Qızdırılan Qapalı Hovuz
  • Böyüklər və ailələr üçün hovuzlar
  • 2 hammam
  • Sauna və buxar otağı
  • Fitnes mərkəzi
  • Gözəllik salonu
  • ESPA prosedurları
Qastronomiya

Unudulmaz Təcrübələr

The Ritz-Carlton, Baku-da hər zövqə uyğun unudulmaz kulinariya təcrübələri sizi gözləyir. Tribeca-da Nyu-Yorkdan ilhamlanan beynəlxalq mətbəxi, Blind Tiger Bar-da isə müəllif kokteyllərini zərif atmosferdə kəşf edin.
Tribeca

Tribeca

Nyu-York ruhundan ilhamlanan beynəlxalq mətbəx və yerli ləzzətlərin harmoniyası.
İş Saatları:
  • Hər gün 06:30–16:00 və 17:00–23:00
Blind Tiger

Blind Tiger

Bakının ilk speakeasy barı – müəllif kokteyllər və nostalji ab-hava.
İş Saatları:
  • Hər gün 16:00–01:00
Tribeca Terrası

Tribeca Terrası

Heydər Əliyev Mərkəzi mənzərəsi fonunda yay terrasında unudulmaz dadlar kəşf edin.
İş Saatları:
  • Bazar ertəsi - Cümə 6:30 AM - 10:30 PM
  • Şənbə 7 AM - 10:30 PM
  • Bazar 7 AM - 10:30 PM
Otaqda Yemək Xidməti

Otaqda Yemək Xidməti

Otağınızın rahatlığında ustalıqla hazırlanmış beynəlxalq təamların dadını çıxarın.
İş Saatları:
  • Bazar ertəsi - Cümə 6:30 AM - 10:30 PM
  • Şənbə 7 AM - 10:30 PM
  • Bazar 7 AM - 10:30 PM
Previous Next
    01 / 04
    Meetings And Events
    Tədbirlər və Toylar

    Tədbirlər

    The Ritz-Carlton, Baku ən özəl tədbirlər üçün zərif və fərqləndirici məkanlar təqdim edir. Tavandan döşəməyədək uzanan pəncərələri, Xəzər dənizinə açılan möhtəşəm mənzərəsi, ayrıca VIP girişi və terrası ilə Şuşa Balo Zalı 500 qonağa qədər tədbirlərə ev sahibliyi edə bilir. Təcrübəli komandamız hər detalın qüsursuz şəkildə planlaşdırılmasını və həyata keçirilməsini təmin edir.
    Tədbirinizi Planlayın Tədbirlər
    Special Offers At The Ritz-Carlton, Baku

    The Ritz-Carlton Ailəvi İstirahət Təklifi

    Ailənizlə birlikdə rahatlıq, komfort və unudulmaz anlar yaşayın.

    The Ritz-Carlton, Baku-da ailənizlə keçirdiyiniz hər an xüsusi dəyər qazanır. İki və üç yataq otaqlı geniş apartamentlərimiz sizə ev rahatlığını və dəbdəbəli qonaqlama təcrübəsini bir arada təqdim edir. Tam təchiz olunmuş mətbəx, şəxsi camaşırxana və geniş qonaq otağı ailənizlə birlikdə rahat vaxt keçirməyiniz üçün düşünülüb.

    Rezervasiya edin The Ritz-Carlton Ailəvi İstirahət Təklifi
    Offers At The Ritz-Carlton, Baku

    Tarixi Bakının Gözəlliklərini Kəşf Edin

    Tarix və müasirliyin ahənglə qovuşduğu şəhər

    Bakının bənzərsiz ab-havasını yaşayın. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhərin qədim küçələrində gəzin, möhtəşəm Heydər Əliyev Mərkəzini ziyarət edin, Xəzər sahilində yerləşən Bulvarda xoş anlar keçirin, yerli bazarların rəngarəng atmosferini hiss edin və Azərbaycan mətbəxinin zəngin ləzzətlərini kəşf edin. Bakı hər səfərdə sizi yeni təəssüratlar, zəngin mədəniyyət və unudulmaz xatirələrlə qarşılayacaq.

    Qonaqlamanızı ən azı 7 gün öncədən bron edin və 25% endirimdən yararlanın

    Rezervasiya edin Tarixi Bakının Gözəlliklərini Kəşf Edin
    Specials At The Ritz-Carlton, Baku

    Zəngin Azərbaycan mətbəxini kəşf edin

    Bakının mərkəzində yerləşən dəbdəbəli otelimizdə rahatlığın və yüksək xidmətin dadını çıxarın. Günə Tribeca Restoranında Azərbaycanın zəngin kulinariya ənənələrindən ilhamlanan, yerli məhsullar və milli təamlarla hazırlanmış xüsusi səhər yeməyi ilə başlayın.
    Rezervasiya edin Zəngin Azərbaycan mətbəxini kəşf edin